Avropa məhkəməsi Alik Matevosyanın Ermənistana qarşı işi üzrə növbəti qərarını qəbul edib.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, məhkəmə qərarına görə dövlət, şikayətçinin ona qarşı edilən pis rəftarla əlaqədar iddiasına Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olan prosedur baxımından effektiv istintaq aparmayıb.Ermənistan höküməti şikayətçiyə 6000 avro ödəməlidir. İddia ərizəsi 2009-cu ildə verilib. 

Qeyd edək ki, Alik Matevosyan hərbi hissələrdən birində baş operator kimi qulluq edib və 2008-ci ildə hərbi qulluqçu yoldaşının öldürülməsində günahlandırılaraq mühakimə edilib.