Liqasının qrup mərhələsində "Porto üzərində səfər qələbəsi qazanan (3:1) "Beşiktaş heyətini gücləndirməyə hazırlaşır. 

Unikal.org-un apasport-a istinadən məlumatına görə, "ağ-qaralar hücum xəttini gücləndirir.
Yarımmüdafiəçi Atiba Hatçinsonun bir ay əvvəl kluba məsləhət gördüyü Kanada yığmasının forvardı Kayl Larinlə danışıqlar, nəhayət ki, müsbət nəticələnib. 22 yaşlı futbolçu yanvar ayında Türkiyə çempionuna havayı keçəcək. Çünki onun hazırkı klubu "Orlando ilə müqavilə müddəti dekabrın sonunda başa çatacaq. "Orlando rəhbərliyinin yeni müqavilə təklifini rədd edən Larin "Beşiktaşla 4,5 illik müqaviləni razılaşdırıb. Gənc oyunçunun illik məvacibi 600 min avro təşkil edəcək.

Qeyd edək ki, Kayl Larin "Orlandonun heyətində bu mövsüm keçirdiyi 24 çempionat matçında 11 qola imza atıb.