Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlərlə açılıb.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.