Astarada 32 yaşlı kişi qətlə yetirilib.
 
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs  tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.
 
Fakt araşdırılır.