Azərbaycan aşığı, əməkdar incəsənət xadimiAşıq Ədalətin cənazəsi evindən çıxarılarkən çəkilən görüntüləri ortaya çıxıb.

Unikal.org xəbər verir ki, aşığın cənazəsi evdən çıxarılarkən onun qızının halı pisləşib.

Aşıq Ədalət bu gün Qazaxda dəfn olunacaq.

Qeyd edək ki,Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənmiş, gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət alıb. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub.

Aşıq, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı olub. O, ötən gün 78 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.