Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

Unikal.org-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbdə yaradılan şəraitlə tanış olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri nəzərdə tutulub, bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşüblər, onları Bilik günü münasibətilə təbrik ediblər.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdiriblər.
Sonra prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.

10:24

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.