Böyük Britaniya polisi London metrosundakı hadisəni rəsmi olaraq terror hücumu kimi qəbul edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə terrorla mübarizə polisləri gəlib.
Ərazidə mobil qərargah yaradılıb.

Öz növbəsində, Böyük Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi deyib ki, Tereza Mey insidentlə bağlı müntəzəm qaydada yenilənmiş məlumatlar alır.

12:19

Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir kİ, partlayış qatarlardan birində qeydə alınıb.

Yaralananlar əsasən yanıq xəsarətləri alıblar.

İnsident baş vermiş "Parsons-Qrin" metro stansiyasının ətrafı nəzarətə götürülüb.

Qeyd edək ki, vaqonlardan birində ağ plastmas vedrənin partladığı, yaxınlıqdakı insanların yanıq xəsarəti aldığı bildirilir.