Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi - "Zirə oyununun biletləri satışa çıxarılıb.

Unikal.org  xəbər verir ki, standart tribunalar üçün qiyməti 1 manat, VİP yerlər üçün isə 5 manat olan biletləri "Bakcell Arenanın kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündür.
Məlumata görə, "N-KART sahiblərinin bilet almalarına ehtiyac yoxdur, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər.

Qeyd edək ki, sentyabrın 16-da "Bakcell Arenada keçiriləcək oyun saat 19:00-da başlayacaq.