Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Valideynlərdən birinin sosisal şəbəkədə yazdığına görə rəqs üçün seçilən musiqi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax kompozisiyası olub.

Valideyn iddia edir ki, bununla bağlı məktəb rəhbərliyinə etiraz etsə də, bunu nəzərə almayıblar.

Valideynin bu iddiası ilə bağlı məktəbin direktoru Fəxrinisə Əhmədova ilə əlaqə saxladıq.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə danışan direktor səslənən iddianın böhtan olduğunu bildirdi:

"Bu gün tədbirimizdə səsləndirilən musiqi Fikrət Əmirovun "Qarabağ inciləri əsəri olub. Həmin valideyn sadəcə məktəbimizin üstünə böhtan atır. Yəqin ki, məktəbə gələndə qarşısına bu məqsədi qoyub. O, məktəbimizin təşkilat işləri üzrə direktor müavininə yaxınlaşıb. O da mənim dediyim kimi mahnının müəllifinin kim olduğunu söyləyib. Lakin yəqin ki, valideyn bununla razılaşmayıb və sonra da belə bir məlumat yayıb.



Bu da, Ara Gevorqyanın bizdən oğurladığı musiqi.