Almaniyanın paytaxtı Berlində silahlı insident baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Berlin polisinin məlumatında bildirilir.
Məlumata əsasən, gecə klubunun qarşısında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb. Əlavə məlumat, hələ ki, verilmir.