Xəbər verdiyimiz kimi, rəqqasə Oksana və reper Elşad Xosenin baş rol aldığı "Mələyin Öpüşü filmin təqdimatı baş tutub. Oksananın bu xoş günündə anası Rəhmumə xanımda iştirak edib.

Unikal.org xəbər verir ki, Rəhmumə xanım qızı ilə eks həyat yoldaşı Elşad ilə barışmasına belə reaksiya verib: "İndi kim necə isdəyirsə, elə də fikirləşsin. Elşad özü çox yaxşı insandır. Savadlı və tərbiyəlidir. Onlar bizsiz, bizim xeyir-duasız, o işi qurmuşdular. Bizsiz evləndilər, bizsiz də ayrılıblar. Ona görə də onların işinə qarışa bilmərik. Onlar uşaq deyillər ki, özləri nə etdiklərini bilirlər.

Rəhmumə xanım deyib ki, qızına gücü çatmır:

"Elşadın anası mənə dedi ki, bunlar yenə barışdılar. Mən də dedim ki, qızıma gücüm çatmır. Oksananın 18 yaşı yoxdur ki, tutub harasa bağlayım və buraxmayım. Özü ağıllı qızdır.(azxeber.com)