Ukraynanın paytaxtı Kiyevdə metroda şübhəli sərnişinin üzərinə baxış keçirilib.

Unika.org xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı şəxsin üzərindən RGD-5 qumbarası, üç tüstü bombası və iki səsboğucu tapılıb.

Saxlanılan şəxs silah-sursatın bir hissəsini tapdığını, digər hissəsini isə internetdən sifariş etdiyini deyib.