Narkomandan İYRƏNCLİK: 7 dostuna arvadını zorlamağa icazə verdi

16 Sentyabr 2017 [16:40]


Narkotik asıllılığndan əzab çəkən Hindistan sakini 7 dostuna öz xanımını zorlamağa icazə verib. Məqsəd, bunun müqabilində onlardan narkotik alınması üçün pul almaq idi. Bu haqda cümə günü, "The Times of India" məlumat yayıb.

Unikal.org xəbər  verir ki, insident ölkənin şimalında Çandiqarx şəhərində baş verib. Zorlanmış 22 yaşlı qadın qanun qoruyucularına həmçinin onu da bildirib ki, onu dostlarına "kirayə" verən ərindən körpə uşağı da var. Bundan başqa, onun əri hadisəni mobil telefona çəkərək, qızı gələcəkdə şantaj etmək məqsədi güdüb.

Məlumat üçün bildirək ki, qadınlara qarşı zorakılıq Hindistanda ən aktual problemlərdən biri olaraq qalır. Ölkə hakimiyyəti yeni qanunlar tətbiq edərək, 2013-cü ildən etibarən bu cür cinayətlər üçün cəzaları xeyli amansızlaşdırıb. Amma problem həllini tapmır.

Bu ölkədə zorlamalar - hind qadınlarının rastlaşdığı problemlərdən yalnız biridir. Tədqiqatçıların hesabatlarına görə, zərif cinsin nümayəndələri ölkədə çox aşağı ictimai statusa malikdirlər. 2012-ci ilin yayında Hindistan G20-ə daxil olan dövlətlər arasında qadınların yaşaması üçün ən pis ölkə kimi tanınmışdı.










SON XƏBƏRLƏR davamı
2017-10-22
2017-10-21












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.63%)
Xeyir (88.37%)


TƏQVİM