Rusiyada "Yak-130 hərbi təyyarəsi qəzaya uğrayıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətinin Novonikolayevsk rayonunda baş verib.

Yerli Fövqəladə Hallar Xidmətinin məlumatına görə, qəzaya uğrayan təyyarə təlim-məşq uçuşu keçirirmiş. Təyarədəki iki pilot katapultasiya olub və xəsarət almayıblar.

Qəza ilə bağlı əlavə məlumat verilməyib.

Hadisənin səbəbi araşdırılır.