"Qarabağın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Romayla matçın bilet satışı davam edir.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq qarşılaşmaya satılan biletlərin sayı 40 minə çatıb.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, "Qarabağ - "Roma matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:
VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN
Satış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)