Yaxın günlərdə Ermənistanın Müdafiə Nazirliyində kadr dəyişiklikləri gözlənilir.

Dəyişiklik idarə rəislərinin yerdəyişməsi ilə bağlıdır.

Məlumata görə, nazirliyin 5-ci ordu korpusunun komandiri general-mayor Karlos Abrahamyan işğal altında olan Qarabağda erməni komandanlığının "qərargah rəisi" vəzifəsinə təyin olunacaq.

Daha öncə Karlos Abrahamyan erməni ordusunun mühəndis qoşunları rəisi vəzifəsini icra edib.

Məlumata görə, Qarabağda hazırda "qərargah rəisi" vəzifəsini icra edən general-mayor Kamo Vardanyan isə Moskvaya təhsil almağa gedəcək.

Qeyd edək ki, Vardanyan 2012-ci ildə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini təyin edilən Lyova Mnatsakanyanı əvəz etmişdi.