İran Birləşmiş Ştatların İŞD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.

Unikal.org xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", -” deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şrəqdə ABŞ üçün "böyük qalmaqal" ilə nəticələnəcək.