Çernoqoriyanın birinci liqasında çıxış edən "Bokel" futbol klubunun qapıçısı Qoran Lenats meydanda açılan atəş nəticəsində dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə "Skalaradio" radiosuna istinadən "Çempionat" nəşri məlumat yayıb.
Hadisə məşq zamanı baş verib. Naməlum şəxs əvvəlcə ətrafdakıları qaçırtmaq üçün havaya bir neçə güllə atıb. Sonra isə meydana çıxaraq qapıçını hədəf alıb.
Həkimlər 33 yaşlı idmançının həyatını xilas etməyə çalışıblar, lakin o, xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kotor şəhərində qatili axtarırlar.(report)