Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyası Tbilisidə "Qızılgül inqilabı meydanında kütləvi etiraz aksiyası keçirib.

Unikal.org-un apa-ya istinadən məlumatına əsasən, aksiya iştirakçıları konstitusiya islahatlarının həyata keçirilməsi, Rusiya ilə dialoqun başlanması və sosial problemlərin həll olunmasını tələb ediblər. Bəzi etirazçılar aclıq aksiyasına başlayıb. Partiyanın liderlərindən biri, parlamentin vitse-spikeri və Tbilisi meri vəzifəsinə namizəd İrma İnaşvili analoji etiraz aksiyalarının davamlı olacağını bildirib. 
İ.İnaşvili partiyanın Gürcüstanın Rusiya ilə yeni münasibətlərə başlamasının da tərəfdarı olduğunu deyib: "Bunun üçün Rusiya ilə dialoq lazımdır. Dialoqa alternativ yoxdur. Aksiya Azadlıq meydanına qədər "Yaşasın Gürcüstan şüarı ilə yürüşlə davam etdirilib. Partiya Tbilisi ilə yanaşı etiraz aksiyalarını Batumidə də keçirəcək.