"Barselonanın yeni transferi Usman Dembele zədələnib. 

Unikal.org "Mundo Deportivoya istinadən məlumatına görə, 20 yaşlı oyunçu La Liqanın ötən gün baş tutan "Xetafe ilə oyununda sıradan çıxıb.
Matça start heyətində başlayan Dembele 29-cu dəqiqədə ağrılar səbəbindən Delofeu ilə əvəzlənmişdi. Onun dizaltı vətərlərində problem yaranıb.
Bu səbəbdən gənc oyunçunun ən yaxşı halda 3-4 ay oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, bu yay "Borussiyadan "Barselonaya keçən fransız oyunçunun transferi üçün 105 milyon avro ödənmişdi.