Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təmas qruplarının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, təmas qruplarının iclasları sentyabrın 18-də, BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində keçiriləcək.

Belə ki, Dağlıq Qarabağ münaqişəsinə dair təmas qrupunun iclası keçiriləcək. Görüş zamanı regionda mövcud vəziyyət və son hadisələr müzakirə olunacaq.

İƏT-in xarici işlər nazirləri Myanma müsəlmanları və Fələstin qaçqınlarının üzləşdiyi problemləri də müzakirə edəcək. Bundan əlavə, təşkilata aid Somali, Syera-Lione, Yəmən, Mali, Cəmmu və Kəşmir, Bosniya və Herseqovinaya dair təmas qruplarının iclasları baş tutacaq.