ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı "Raket insan" adlandırıb.

Unikal.org-un "reporta istinadən xəbərinə görə, dövlət başçısı bununla bağlı özünün "Twitter"ində yazıb.
"Dünən Cənubi Koreyanın prezidenti Munla danışdım. "Raket insan"ın necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir", - deyə o yazıb.
Tramp avqustun sonunda KXDR-in raket buraxması barədə məlumatlandırılıb.

Avqustun 26-da Şimali Koreya sahillərindən Yapon dənizi istiqamətinə bir neçə kiçik məsafəli raket atılıb. Mərmilərdən biri startdan dərhal sonra partlayıb. Daha iki mərmi isə 250 kilometrədək uçub.