Meksikada naməlum şəxs "Narcos" serialının prodüserinin asistentini güllələyib.

Unikal.org aznews.az-az-a istinadən xəbər verir ki, 37 yaşlı Karlos Munos Meksikada amerika filmlərinin çəkilişləri üçün meydançaların axtarışı ilə məşğul olan agent idi. O, Mexiko ştatına gələrək, "Narcos"un yeni seriyaları üçün məkanların görüntülərini çəkirmiş. Həmin vaxt onu naməlum şəxs atəşə tutub.

Cinayətin hansı səbəbdən törədildiyi məlum deyil.