Slovakiyanın cənubunda Macarıstanla sərhədin yaxınlığında minik avtomobili avtobusla toqquşub.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda polisinin nümayəndəsi Renata Çuqakova jurnalistlərə bildirib.

Hadisə nəticəsində avtomobildə olan 4 nəfər ölüb. Ölənlərin ata, ana və onların 2 azyaşlı uşağı olduğu bildirilir.

Polis qəzanı hallarının araşdırılmasına başlayıb.