Xəbər verdiyimiz kimi, bu ilin sentyabrın 7-də Bakının Səbail rayonunda "Sahil bağı (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26 - "Twenty six adlı kafe bağlandı. Kafenin bağlanmasında bir başa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov özü iştirak edib. Obyektin bağlanmasına səbəb kimi oranın keçmiş "26 Bakı Komissarı"nın adını daşımasının iddia edilməsidir. Hadisədən 4 gün sonra Azərbaycan Yazıçılar Birliyi qalmaqallı "26" kafesi ilə bağlı bəyanat yaydı. Ziyalılar Yazıçılar Birliyinin binasında yerləşən sözügedən kafenin yerində bundan sonra kitabxana açılmasını təklif ediblər. 

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, ərazi hər hansı bir obyekt kimi fəaliyyət göstərməyəcək: 

"Hazırda məlum hadisə ilə bağlı araşdırma getdiyi üçün oranın necə fəaliyyət göstərəcəyi ilə bağlı tam qərar qəbul edilməyib. Amma özümüz düşünürük ki, mümkün olarsa, AYB tərkibində sözügedən ərazi bir neçə sahədə fəaliyyət göstərə bilər. Amma bütün hallarda bundan sonra ora icarəyə verilməyəcək. Bütövlükdə ərazinin hansı sahədə fəaliyyət göstərməsi ilə bağlı qərar ola bilər ki, bir neçə günə və yaxud gələn ay verilsin. Bu, ümumi hadisələrin gedişatından aslıdır.