"Eurovision 2011" qalibi Nigar Camal sosial şəbəkədəki bikinili videosu ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, sənətçi çimərlik geyimində görüntüsünü paylaşaraq, heç kimin tənqidinə önəm vermədiyini bildirb:

"Əslində, insan ətrafa qarşı qulağını tutub, gözünü yumduğu zaman xoşbəxtdir. Kiminsə dediklərinə, düşündüklərinə fikir verməyəcəksən.

İnsan, sadəcə, gördüyü qədər və öz düşüncəsinə görə sizi mühakimə edəcək. Yaşayın, sevin və xoşbəxt olun. Həyat çox qısadır. Sadəcə, yaşayarkən başqalarını incitməyin. Ən önəmlisi də budur. Bir də siz özünüz bilirsiniz, siz necə insansınız, başqaları nə düşünərsə, qələt edir"