Xəbər verdiyimiz kimi,"Palmali Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov həmvətəni, milyarder Vahid Ələkbərovun prezidenti olduğu "LUKoil şirkətini məhkəməyə verib.
Buna səbəb Rusiya şirkətinin "Palmali ilə neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə bağladığı müqaviləyə əməl etməməsidir. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanıb. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və M. Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. "Palmali müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Unikal.org xəbər verir ki, müvafiq məsələ ilə bağlı "Palmali şirkətinin mətbuat xidmətindən "Qafqazinfoya verilən məlumatda bildirilir ki, bu iddianamə üzrə İngiltərə Ali Məkhəməsində dava açılıb:

"Palmali Gəmiçilik şirkəti "LUKoil şirkətinin vəkilləri "Debevoise & Plimpton hüquq firması vasitəsilə "Palmali ilə olan müqavilənin şərtlərini pozduğuna görə 2 milyard dollar və digər xərcləri nəzərdə tutan iddianamə üzrə İngiltərə Ali Məhkəməsində dava açıb. Sözügedən məhkəmə prosesində "LUKoilin şirkətlər arasındakı uzunmüddətli sözləşmədə yükdaşıma ilə bağlı qoyulan şərtlərə əməl etmədiyi bildirilir.