İngiltərəli futbolçu, "Everton klubunun hücumçusu Ueyn Runi 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Unikal.org-un məlumatına görə, buna futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

Bundan başqa, U.Runiyə 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Qeyd edək ki, Ueyn Runi sentyabrın 1-i içkili vəziyyətdə avtomobil idarə edərkən polis tərəfindən saxlanmışdı.