Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Bizə danış" verilişində şok hadisənin üstü açılıb.

Unikal.org-un məlumatına görə, yalnız kinolarda gördüyümüz hadisə Azərbaycanda baş verib. Belə ki, ana 20 ildir öz oğlunu zəncirdə saxlayıb. Çəkiliş zamanı iddiaların hamısının gerçək olduğu məlum olub.

Böyük səs-küyə səbəb olacaq hadisənin səbəbləri verilişin növbəti buraxılışında məlum olacaq. Ana iddia edir ki, övladı xəstə olduğu üçün onu ayağından zəncirləyib.

İnsanları dəhşətə gətirəcək hadisənin görüntülərini təqdim edirik: