Bu gün əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin xına mərasimi olub.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarının birində baş tutan məclisə şou-biznes nümayəndələri də dəvət olunub.

Müğənni məclisi mediaya qapalı keçirsə də, xınadan bəzi görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Ülkər Engin adlı Türkiyə vətəndaşı ilə ailə qurur. Cütlüyün Bakıda toyu sentyabrın 20-də olacaq. Oktyabrda isə Antalyada oğlan toyu baş tutacaq.