Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Unikal.org-un xəbərinə görə, bu barədə agentlik özü məlumat yayıb.

Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda deyilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 manat faizlik borcu var.

Qeyd edək ki, bundan əvvəl nazirliyin həmin departamentindən agentliyə "Turanın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması barədə məktub daxil olub.