I Divizionda çıxış edən "Göyçə klubunun keçmiş baş məşqçisi Bəhmən Həsənov ona qarşı çıxanlardan danışıb.

Unikal.org-a açıqlama verən B.Həsənov işdən qovulmadığını, özünün istefa verdiyini bildirib: "Qovulmağım xəbəri, tamamilə yanlandır. "Göyçə klubunun rəhbəri Mübariz Məmmədovun açıqlamasını oxudum. Guya, o "Rəvandan (adı oyun "alqı-satqısında hallanan klub) olan məşqçilərlə vidalaşıb. Mübariz müəllimə zəng edirəm, zənglərə cavab vermir. Ayın əvvəlindən Türkiyədə idim. Oradan qayıdandan sonra ayın 7-də "Vətən klubu ilə oynamağı planlaşdırmışdıq. Həmin görüşdə mən məşqçi kimi öz postumda idim. Bu matçdan sonra Mübariz müəllimlə görüşüb komandadan ayrılacağımı bildirdim. Şəxsən müraciət etdim ki, işləmək istəmirəm. Çünki, ailə problemlərim var. Yoldaşım xəstədir, hazırda mən ailəmin yanında olmalıyam. PFL-in rəhbəri Ramin Musayev AFFA-nın binasında Mübariz müəllimlə məni görüşə dəvət etmişdi. Mən həmin görüşə getmədim. Çünki, istefamı verib, klubdan ayrılmışam. Futbolçularımızla da halallaşmışdım. Amma sonradan gah söz-söhbət yarandı ki, Bəhməni klubdan özləri çıxarıblar, gah adımı "vətən xaini çıxardılar. Əslində, çox gözəl komanda toplamışdım. Bu komanda birinci liqada çempion ola bilər. Məqsədimiz də bu idi. Heyətdə 20-yə yaxın Premiyer Liqada çıxış etmiş futbolçu vardı. Orada çalışarkən belə söz-söhbətlər yox idi. Sonradan təxribat xaraketrli bu fikirlər haradan çıxdı, bilmirəm. Guya məni qovublar. Mən Azərbaycandan azsaylı məşqçilərdənəm ki, özüm istefa verirəm. Bəlkə özlərinin də belə bir planı vardı ki, komandanı mən yığandan sonra əlimdən alıb, PFL-in rəhbəri Ramin Musayevə yaxın adama versinlər.
Halbuki, mən komandanın son məşqlərinin birində də olmamışam. Köməkçi-məşqçi keçib məşqləri. Sonradan fikirlər ortaya atıldı ki, klubdakı futbolçular uzaqlaşdırılsın. Onların adları keçmişdə oyunların alqı-satqısında hallanıb. Guya kluba "Rəvandan futbolçular yığılıb. "Rəvandan heç kim "Göyçədə yoxdur. Oyun alqı-satqısında adı hallanan hansılardı açıqlasınlar...
Təcrübəli mütəxəsssis "torba tikmək məsələsinə də toxunub:
"Mənə də maraqlıdır ki, bu söz-söhbətlər hansı məqsədlə ortaya atılır. Nəyə görə mənə "torba tiksinlər? Özüm getmişəm, məndən sonra klubda kimin çalışacağı maraqlı deyil. Futbolçularla da çox gözəl münasibətim olub. Maraqlıdır ki, niyə mən çıxandan sonra bu söz-söhbətləri ortaya atdılar? Yetərincə sübut etmişəm ki, yaxşı məşqçiyəm. Mən işimi itirməkdən yox, şəxsiyyətimi itirməkdən qorxuram. Mənim öz dəyərlərim var.
Haqqımda danışırlarsa, deməli öndəyəm, arxamca tüpürürlərsə, onlardan çox irəlidəyəm.

Aygün İlqarqızı