Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Velikiy Ustyuq kiçik raket gəmisi və "MB-58 dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.

Bu barədə unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.