Xəbər verdiyimiz kimi, Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb. Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın öldüyü məlum olub. Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da vəfat edib. Onun qıcolmadan öldüyü bildirilir.

Məsələ ilə bağlı Həşimxanlı kəndinin həkimi, sözügedən uşaqların yaxın qohumu İkram Allahverdiyev Unikal.org-a açıqlama verib.

O, deyib ki, yaşadığı kənddə 5 mindən artıq insan yaşayır və əksər ailələri tanıyır:

"Uşaqların valideyinləri bibiqızı-dayıoğludurlar. Ailənin iki uşağı olub. Böyük uşaq bir ay əvvəl astma xəstəliyindən ölüb. Dəfələrlə Bakıda xəstəxanalarda müalicə olunub. Ailə bütün var-dövlətini bu uşağın müalicəsinə xərcləyib və sonda isə uşaq dünyasın dəyişib. İkinci övlad, Səma Əsədli isə bu gün vəfat edib. Bu kənddə bütün uşaqları tanıyıram. Kimin hansı xəstəliyi var onu da bilirəm. Səmanın sağlam olduğunu düşünürdüm. Kök uşaq idi. Bu ildən o məktəbin hazırlığına gedəcəkdi. Hətta balacanın məktəb paltarları da alınmışdı. Bu gün Səma Əsədlinin atası Akşin anası ilə Şirvana həkim müayinəsinə gedib. Uşaq nənəsinə tapşırıb ki, qayıdanda ona kukla da alsın. Nənəsi Aqşini həkimə aparıb qayıdanda görüb ki, Səmanın rəngi göyərib. Uşağı dərhal mənim çalışdığım xəstəxanaya çatdırıblar. Buradan da tövsiyyə olunub ki, onu Şirvan Mərkəzi Rayon Xəstəxanasına aparsınlar. Səma xəstəxanaya aparılarkən artıq dilli qatdalanmışdı.

Həkimuşağın ölüm səbəbi ilə bağlı ilik fərzəyilərini də dilə gətirib:

"Anası dedi ki, uşaq moruq yeyib. Ola bilər ki, Səma moruqdan zəhərlənsin. Onu əqrəb və ya ilan sancması da istisna edilmir. Yuxarıda qeyd etdiyim kimi uşaqların valideyinləri yaxın qohumdurlar. Ola bilər ki, böyük uşaqda olduğu kimi, Səmada da xəstəlik olsun. Təbii ki, bunlar mənim ilkin versiyalarımdır. Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəydən sonra Səmanının ölüm səbəbi bilinəcək.

Qeyd edək ki, faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.