"Gazelli" zavodunda baş vermiş yanğın artıq söndürülüb.

FNH-dən unikal.org-a verilən məlumata görə, hazırda yanmış ərazinin söküntüsü aparılır.

16:23

Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli kosmetika zavodunda yanğın başlayıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı nazirlikdən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.

Qeyd edək ki, 1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, "Sheraton otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir.