Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində ("Günəş" şadlıq sarayının qarşısı) "VAZ 2104" markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb. Aparılan araşdırmalar nəticəsində ölən qadının 1949-cu il təvəllüdlü Balayeva Pakizə Əliheydər qızı olması müəyyən edilib.