Fövqəladə Hallar Nazirliyi Bakıda məşhur kosmetika firmasında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

 Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus ümumi sahəsi 500 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan boş taralar 350 m² sahədə yanıb.

 Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.