Aşağı sinif şagirdi sinfə girən müəllimini "Nasist salamı " ilə salamlayıb.

Unikal.org-un xezerxeber.az-a istinadən məlumatına görə, bundan acıqlanan müəllim isə şagirdin bu davranışını gündəliyə qeyd olaraq yazaraq valideyninə göndərib.
Alman dili müəllimi bununla şagirdin davranışını valideynə şikayət etməyə çalışsa da, əksəriyyət bu tərbiyyə üsulunun düzgün olmadığı qənaətindədir.
Şagirdlər isə gündəliyin qeyd hissəsinin valideyn-müəllim arasında müasir məktublaşma vasitəsi olduğunu deyirlər. Müəllimlə yanaşı valideynlər də öz fikirlərini cavab olaraq yazıb göndərirlər.
Müəllimlər isə deyilən fikirlərlə razılşamır. Şagirdin hər hansı nöqsanını demək üçün əllərində imkan olmadığını deyirlər. Və bu üsulun daha effektiv olduğu fikrindədirlər.
Ekspert qanunla sinif rəhbərindən başqa hər hansı fənn müəlliminin gündəliyə qeyd yazmağa icazəsi olmadığını deyir.
Şagirdin biliyinin qiymətləndirilməsi üçün nəzərdə tutulan gündəlikdə müəllim və valideynin xüsusi qeydlər yazması bəlkə də şagirdin tərbiyyəsi üçün nəticə verə bilər. Amma ekspertlər bunun daha çox mənfi təsirləri olacağı qənaətindədirlər.Bundan əlavə hər hansı fənn müəlliminin şagirdin davranışı ilə bağlı gündəliyə nəsə yazması Təhsil Nazirliyinin orta məktəblərdə bilik və bacarıqların qiymətləndirilməsinə dair təlimatına da ziddir.