Sentyabrın 19-da "Buta Palaceda Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib.

Unikal.org "Qafqazinfoya istinadla xəbər verir ki, Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə qurub.

Mərasimdə siyasət, mədəniyyət və şou sahəsinin nümayəndələri iştirak edib.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva idarə edib.