Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İntihar edən qadın qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

N.Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.