Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Direktorun qardaşı, sabiq deputat Elton Məmmədov Unikal.org-a açıqlamsında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Məhbubə xanım hazırda işinin başındadır. İşdən çıxarılmayıb. Yayılan xəbərlərin heç bir əsası yoxdur. Jurnalist olaraq gedib yerində də araşdıra bilərsiniz. 

Elton Məmmədovun liseydə ciddi nöqsanların aşkarlanması ilə blı yayılan xəbərlərə də müniasbət bildirib: "Heç bir nöqsan yoxdur. Bacı mənimdir, hazırda da vəzifəsində çalışır. İftiralra, yalanlara inanmayın".