Türkiyənin Van şəhərində özünü həkim olaraq tanıdan və kirayə götürdüyü evdə passent qəbul edən Mehbarə A. adlı Azərbaycanlı qadın tutulub.

Unikal.org xəbər verir ki, araşdırma zamanı məlum olub ki, sözügedən Azərbaycanlı qadın şəhərin Dalan Caddesi mahalında Silahtaroğlu Caddesi küçəsində yerləşən 3 mərtəbəli bir binanın birinci mərtəbəsini mədə müalicəsi üçün xəstəxanaya çevirib.

Birsözlə Mehbarə A. adlı qadın lisenziyasız, saxta həkim diplomu ilə xəstəxana açıb və insan sağlamlığı üçün təhlükəli şərtlər altında passientləri ucuz şərtlər altında qəbul edib, onlara dərman yazıb.

Hazırda polis tərəfindən saxlanılan Mehbarə adlı qadınla bağlı istintaq davam edir.