Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı "Tərəqqi liseyinin direktoru Məhbubə Məmmədova vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb kimi, onun işində yol verdiyi nöqsan və haqqındakı rüşvət alma ittihamı göstərilir. Artıq bu və digər məsələlərlə bağlı Təhsil Naziri Mikayıl Cabbarov sözügedən təhsil müəssisəsinə yoxlama aparmaq tapşırığını verib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Unikal.org-a bildirib ki, Yoxlama Komissiyasının rəhbəri Təhsil Nazirliyinin Keyfiyyətin Təminatı sektorunun müdiri Almaz Əsgərova təyin olunub.
Hazırda A.Əsgərovanın rəhbərliyi ilə "Tərəqqi liseyində yoxlamalar aparılır.

C.Valehov Məhbubə Məmmədovanın direktor vəzifəsində qalıb-qalmayacağı ilə bağlı da açıqlama verib: 

"Bu barədə hələlik qərar verilməyib. Bütün bunlar yoxlamanın nəticəsindən sonra məlum olacaq.

"Tərəqqi liseyindən Unikal.org-a verilən məlumata görə, Məhbubə Məmmədova artıq 5 gündür ki, "bülletenə çıxıb: "Onun yenidən "Tərəqqi liseyinə rəhbərlik edib-etməyəcəyi ilə bağlı heç nə deyə bilmərik. Nazirlik hələlik Almaz Əsgərovanı məktəbə icraçı direktor təyin edib.