Sumqayıt Alüminium Zavodunun ərazisində yanğın baş verib. 

Unikal.org-un məlumatına görə, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 5000 m2 olan anbarın dam örtüyünün yanar konstruksiyaları 200 m2 sahədə, içərisinə yığılmış istehsalat tullantıları 200 m2 sahədə və ərazidə 1000 m2 sahədə quru ot və kol-kos yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.