Daşkəsəndə intihar hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yolqullar kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İmanova Rəmziyyə Rafiq qızı yaşadığı evdə özünü asaraq intihar edib. R. İmanova bir il bundan əvvəl ailə qurub. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.