Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc oğlan ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda qeydə alınıb.

A. Şərifzadə küçəsində yaşayan 1989-cu il təvəllüdlü İsmayılov Natiq Eynulla oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.