"Aprel döyüşləri ilə son 200 ildə ermənilərin azərbaycanlılara, müsəlmanlara, türklərə qarşı əməlləri bir daha sübut olundu. Yerli və xarici media bu məsələni işıqlandırdı.

Unikal.org xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı kitabının və "Böyük qayııdın başlanğıcı - Cocuq Mərcanlı filminin təqdimat mərasimində deyib.

O bildirib ki, ermənilərin vandalizmi bütün dünyaya yayılıb: "İşğaldan azad edilərək yenidən qurulan bir kənd bütün dünyaya səs saldı. Bu, "Böyük qayıdışdır. Beş il öncə, hərbi məktəblərdə təhsil alan məcburi köçkün övladları ilə bağlı araşdırma apardıq. Nəticə ürəkaçan deyildi. Prezident tapşırıq verdi ki, bu məsələyə xüsusi diqqət ayrılsın. İndi isə nəticə əvvəlkindən 30 dəfə artıqdır. Bu, həm də onların öz istəkləri ilə oldu. Aprel döyüşlərində bu cür addımlar nəticəsini verdi. "Cəbhə xətti deyirlər, nə deyirlər, blmirəm. Oralar Azərbaycan torpaqlarıdır. Kim necə qiymət verir, versin. Tezliklə həmin torpaqlar işğaldan azad ediləcək.