SON XƏBƏRLƏR
22 Yanvar 2018
21 Yanvar 2018
Ziya Məmmədovun bacısı ilə bağlı ƏSL HƏQİQƏT (VİDEO)
CƏMİYYƏT 11:59 / 21.09.2017
Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.

Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.