SON XƏBƏRLƏR
23 Iyul 2018
22 Iyul 2018
Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
CƏMİYYƏT 12:09 / 21.09.2017
Sabah, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.

ETSN-dən unikal.org-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.