“Əli Ömərov iradəsiz və qorxaq insandır” - Araz Əlizadə

21 Sentyabr 2017 [12:53]


Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərovun Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış etməsi və hakim Yeni Azərbaycan Partiyasından istefa verməsi birmənalı qarşılanmır. Ə.Ömrəov isə YAP-dan istefasını müxtəlif səbəblərlə əlaqələndirir. 

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Ə.Ömərovun bu addımını ona vəzifə verilməməsi ilə bağlayıb: 

"Hesab edirəm ki, Ə.Ömərova vəzifə verilmədiyi üçün bu addımı atır. Yəqin, artıq otağına "Faber” şampanı yığa bilmir.(Gülür) O vaxt Cavadov qardaşları onun kabinetinə daxil olanda istirahət otağında içki barı aşkar etmişdilər. Rəhmətlik Rövşən Cavadov ona deyib ki, bu nədir? O isə cavab verib ki, "Faber”di də, içmək üçün saxlamışam. Təsəvvür edin də, baş prokurorun otağında şampan içkisi... O vaxtı onların hər biri müsadirə olundu. Görünür, Ə.Ömərov öz təqaüdünə "Faber” şampanı ala bilmədiyi üçün belə addım atır”. 

 A.Əlizadə Ə.Ömərovu bundan sonra müstəqil Azərbaycanda heç bir vəzifədə görmədiyini deyib: 

 "Mən onu heç bir vəzifədə görümürəm. O vaxtdı da baş prokuror vəzifəsində görmürdüm. Hesab edirəm ki, Əli Ömərov iradəsiz və qorxaq insandır. Əgər o, iradəli insandırsa, ölkə başçısına sadiqdirsə, onun rəhbərlik etdiyi partiyada qalar və mübarizəsini daxildə aparar. Bu adam partiyaya heç bir yenilik gətirmədiyi üçün kənarda qalıb. Əks halda YAP-da onun yeri görsənərdi”.










SON XƏBƏRLƏR davamı
2017-12-18
2017-12-17










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.37%)
Xeyir (90.63%)